"Break dance" və hip-hop rəqsləri üzrə müsabiqə keçiriləcək


Digərləri 08 İyn 2019 01:33:00 256 0

"Break dance" və hip-hop rəqsləri üzrə müsabiqə keçiriləcək

9 İyun 13:00-da Caspian Flava Crew təşkilatçılığı ilə Break dance & Hip-Hop rəqsləri üzrə “Caspian Style Jam” adlı müsabiqə keçiriləcək.

Bakı. 9 İyun 13:00-da Caspian Flava Crew təşkilatçılığı ilə Break dance & Hip-Hop rəqsləri üzrə “Caspian Style Jam” adlı müsabiqə keçiriləcək. Trend-in məlumatına görə, müsabiqə Bakı Olimpiya Stadionunda baş tutacaq. Yarışma 2017-ci ildən Caspian Flava Crew tərəfindən Azərbaycanda Break dance və Hip-Hop rəqslərinin inkişafı üçün təşkil olunmuş çempionatdır. Yerlər münsiflər heyəti tərəfindən seçiləcək. Münsiflər heyəti: Moskova şəhərindən Break Dance üzrə bir çox dünya yarışlarının qalibi və həmin rəqs üzrə peşəkar müəllim Aslan Neymətov (Bboy Stimo), Saratov şəhərindən Hip-Hop üzrə peşəkar müəllim və eyni zaman da bir çox yarışların qalibi Vusal Qasanov ( Vusalizm). “Yarışmanın keçirilməsində məqsəd Break Dance və Hip-Hop mədəniyyətinin daim inkişaf etməsi, bu rəqslərlə məşğul olan bacarıqlı gənclərin kənarda qalmaması, onların üzə çıxarılmasına təkan vermək əsas məqsədlərdən biridir. Belə ki, həmin gənclərin üzə çıxarılması, onlara bu sahədə köməkliklərin göstərilməsi ilə həmin gənclər dünya üzrə keçirilən yarışlarda ölkəmizi təmsil edə bilərlər. Bununla yanaşı müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaq, yeniyetmə və gəncləri bu rəqslərə cəlb etmək digər məqsədlərdən biridir.” – bildirdi yarışmanın təşkilatçısı, Break Dance rəqsi üzrə rəqqas Kamran Quliyev. Artıq xarici ölkələrdən, regionlardan yarışmaya iştirakçılar qatılıb: Gürcüstan, Estoniya, Rusiya və s. Müsabiqənin qaliblərinə isə aşağıdakı mükafatlar veriləcək: Break dance pro 1 yer – 500 AZN Hip-hop pro 1 yer – 500 AZN Break dance kids – 200 AZN Hip -hop kids -200 AZN 8 İyun Nero Dance Studioda Break Dance və Hip-Hop üzrə Master Class keçiriləcək. Master Class Vusal Qasanov və Aslan Neymətov tərəfindən veriləcək. Hip-Hop – 8 iyun 14:00 – 15:00 Break Dance – 8 iyun 15:00 – 16:00 Qeyd: Master Class dərslərinə giriş ödənişlidir.