Dünya şöhrətli dietoloq beyni məhv edən qidaları açıqladı: "Heç bir həkim..." MÜSAHİBƏ


Digərləri 07 İyn 2019 23:46:00 241 0

Dünya şöhrətli dietoloq beyni məhv edən qidaları açıqladı: "Heç bir həkim..."  MÜSAHİBƏ

"Yemək və beyin" bestselleri dünyanın otuz dilinə tərcümə edilən məşhur dietoloq Devid Perlmutter düzgün qidalanmanı təbliğ edən mütəxəssis kimi tanınır.

Son.az məşhur dietoloqun uzun ömürlülüyün sirləri haqqında Rusiya mətbuatına verdiyi müsahibəni təqdim edir.

- Alzheymer xəstəliyinin səbəbləri kimi qidalanma göstərilir. Bu yanaşma nə dərəcədə doğrudur?

- İrəliləyən xəstəlik haqqında ilk dəfə XX əsrin əvvələrində danışmağa başladılar. Yeri gəlmişkən bu, qəfil otrtaya çıxan genetik mutasiya, genlərimizin və ya DNT-nin dəyişməsi deyil. Beyin fəaliyyətinə təsir edən bir çox xarici faktorlar var.

- Məsələn, qida kimi?

- Bəli, qida çox vacib rol oynayır. Eyni zamanda hərəkətsiz həyat tərzi. Bu iki amil nə Amerikada, nə də Rusiyada, nə də dünyada heç bir dərmanı olmayan xəstəliyin inkişafında həlledici rol oynayır. Əksəriyyətimiz o ümidlə yaşayırıq ki, hər istədiyimiz yemək, istədiyimiz kimi yaşamaq və yaranmış sağlamlıq problemini sehrli bir həb ilə həll etmək olar. Amma alzheymer xəstəliyinin qarşısını almaq üçün profilaktik tədbirlər haqqında düşünməyə dəyər. Xəstələrin təxminən 5 faizinə bu xəstəlik genetik ötürülüb, qalan 95 faizinə qeyri-sağlam qidalanma, yuxusuzluq, stress və hərəkətsiz həyat tərzi kimi faktorlar təsir edib.

- Profilaktika dedikdə qlütensiz qidalar nəzərdə tutulur?

- Mütləq deyil, amma bu, xüsusi hallarda aktualdır, məsələn, diqqət pozğunluğu və ya autizm kimi hallarda. Alzheymerə gəldikdə burada əsas rolu karbohidratlar və şəkər oynayır, onlar beyinə daha çox zərər verir. Odur ki, seçim sizindir. İş ondadır ki, insanlar həyatı boyu elə düşünüb ki, onların sağlamlığını yaxşılaşdırmaq həkimlərin vəzifəsidir. Halbuki, taleyimizi özümüz yazırıq və bizə özümüzdən daha yaxşı heç bir həkim kömək edə bilməz.

- Kitablar və sağlam qidalanma proqramları həddən artıq çoxdur. Bu müxtəliflikdə doğru yolu necə təyin etməli?

- İlk növbədə seçilmiş sxem elmi əsaslara söykənməlidir. Tədqiqatlar aydın şəkildə göstərir ki, şəkərin qanda artması beyni məhvə aparır. Deməli, sağlam qidalanmaya rasiondan şəkəri və karbohidratları azaltmaqla başlamaq lazımdır. Uzun illər elə hesab olunurdu ki, arıqlamaq və orqanizmi dəstəkləmək üçün yağları məhdudlaşdırmaq lazımdır. Lakin bu, elmi cəhətdən öz təsdiqini tapmayıb. Elmi araşdırmalarda o da sübut olunub ki, karbohidratlar diabet və xərçəng riskini artırmaqla orqanizmə zərər verir,

- Bu gün hər kəs qlütensiz məhsullara üstünlük verir. Bu, doğru yoldur?

- Yox, iş ondadır ki, qlüten tərkibli məhsullar nəticəsində meydana gələn həzm pozulması, yəni seliakiya - kifayət qədər nadir avtoimmun xəstəlikdir. Dünya əhalisinin təxminən 1,4% bu xəstəliyə meyillidir. Fikir vermisinizsə, indi bazarda qlütensiz çox sayda məhsul var, bütovlükdə onlardan çəkinmək lazımdır. Çünki qlütensiz tortlar, çörək və digər şirniyyatların tərkibinə şəkər və karbohidratlar daxildir, odur ki, marketinqə inanmayın. Zərərli olaraq qalmağa davam edən məhsullarda fövqəltəbii heç nə yoxdur. Yeməli olduğumuz məhsullar tərəvəzlərdir, onlarda karbohidratlar və şəkər aşağı səviyyədədir, qlüten isə daxil deyil. Mağazadan təzə tərəvəzləri və ekoloji təmiz mal əti seçməyi məsləhət görürəm.

Başlıcası, hazır məhsullardan qaçın və mümkün olduqda təbii şəkildə yetişdirilən məhsullar seçin. Bütün hallarda karbohidratları və şəkəri azaltmaq, bağırsaq bakteriyası üçün çox vacib olan lifli qidalara üstünlük vermək lazımdır.

- Vitaminlər haqqında nə düşünürsünüz?

- Ekologiya çox pisdir, odur ki, əlavələr lazımdır. Məsələn, dəri D vitaminini ancaq günəş şüalarına məruz qaldığı zaman ifraz edir. Lakin paltar geyindiyimiz üçün kifayət qədər D vitamini qəbul edə bilmirik. Onun azlığı qlobal problemlərə gətirib çıxara bilər: o, beyin üçün vacibdir, çünki bədəndə 930-dan çox reseptoru aktivləşdirir. Bu, çox vacib əlavənin bir nümunəsidir. Həm də çox faydalı balıq yağı, maqnezium, B qrupunun vitaminləri. Məsələn, onları hər gün qəbul edirəm.

- Ətdən imtinaya sizin yanaşmanız necədir?

- Kitabım dünyanın 30 dilinə tərcümə edilib, oxucuların çoxu məni "Yaşıl beyinli həkim" adlandırır. Burada həqiqət payı var. Təsəvvür edə biləcəyiniz ən yaxşı ərzaqlar rəngli tərəvəzlərdir. Əlavə yağlar haqqında danışsaq, zeytun və kokos yağı. Saydığım menyu vegetarianlıqdır, elə deyilmi? Əgər ət yeməyə qərar vermisinizsə, bilmək vacibdir ki, bu, sağlamlığa zərərli ola bilər. Supermarketlərdə satılan məhsullar aqro-sənaye təsərrüfatlarında istehsal olunur, onlar adətən pestisidlər, antibiotiklər və hormonlarla yetişdirilmiş heyvanların ətləridir.

Tədqiqatlar göstərir ki, belə ət yeyən insanların xərçəng də daxil olmaqla müxtəlif xəstəliklərə tutulmaq riski 100 faizdir. Bununla belə heyvan proteini yeyirəmmi? Bəli, amma az, bütövlükdə vəhşi balıq, hərdən təbii şəraitdə yetişdirilən mal əti və toyuq. Hesab edirəm ki, ərzaq mağazalarında satılan ətlərdən imtina etməyə dəyər.

- Restorana gələndə nə sifariş verirsiniz?

- Adi insanam, amma çox səyahət edirəm, odur ki, nə qədər qəribə səslənsə də, adətən özümlə yemək aparıram. Restorana gələndə salat, kürü və vəhşi ... filesi sifariş verirəm.

- Şərab haqqında nə deyə bilərsiniz?


Xəbərə aid fotolar