Rusiyada qayıq körpünün dirəyinə çırpılıb, insanlar suya düşüb


Dünya 07 İyn 2019 23:36:00 261 0

Rusiyada qayıq körpünün dirəyinə çırpılıb, insanlar suya düşüb

Rusiyanın Sankt-Peterburq şəhərində qayıq Krükov kanalının üzərində keçən körpünün dirəyinə çırpılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində göyərtədə olanlardan iki nəfəri qayıqdan suya düşüb.

Bildirilir ki, suya düşən şəxslər dostları tərəfindən xilas edilib.

İnsident nəticəsində körpünün dirəyinə zərər dəyməyib.