Braziliyada Azərbaycan Xalq Cumhuriyyətinin 101 illiyi ilə əlaqədar tədbir keçirilib (FOTO)


Digərləri 07 İyn 2019 22:41:58 159 0

Braziliyada Azərbaycan Xalq Cumhuriyyətinin 101 illiyi ilə əlaqədar tədbir keçirilib (FOTO)

Braziliya Federativ Respublikasının paytaxtı Brazilia şəhərində, Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi tərəfindən, Azərbaycan Xalq Cumhuriyyətinin 101 illiyi ilə əlaqədar “28 may - Respublika Günü"nə və Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr edilmiş tədbir keçirilib

Bakı. Braziliya Federativ Respublikasının paytaxtı Brazilia şəhərində, Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi tərəfindən, Azərbaycan Xalq Cumhuriyyətinin 101 illiyi ilə əlaqədar “28 may - Respublika Günü"nə və Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirə, Braziliya Milli Konqresinin Senat və Deputatlar Palatasından olan üzvləri, Braziliya Xarici Əlaqələr Nazirliyinin nümayəndələri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət və rəsmi qurumların, təhsil və elmi dairələrinin, yerli KİV-rin nümayəndələri və iş adamları qatılıblar. Tədbirdə hər iki dövlətin himninin səsləndirilməsindən sonra, Səfir Elxan Poluxov açılış nitqi ilə çıxış edərək qonaqlara Azərbaycan və 28 may - Respublika Günü, yüz bir il öncə, Azərbaycanın müstəqilliyinin əldə edilməsi barədə ətraflı məlumat vermiş və qeyd edib ki, 1991-ci ildə müstəqiliyi əldə etdikdən sonra Azərbaycan bir çox daxili və xarici çətinliklərlə üzləşməsinə baxamyaraq Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu çətinliklərin öhdəsindən gəlmiş və Prezident İlham Əliyevin ardıcıl və uzaq görən siyasəti nəticəsində transregional enerji, nəqliyyat, infrastruktur layihələri həyata keçirərək Azərbaycan regionun lider ölkəsinə çevrilib. Eyni zamanda, səfir Elxan Poluxov Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illi ilə əlaqədar, yüz il öncə və müstəqillik dövründə Azərbaycan diplomatiyasının əldə etdiyi uğurlardan qonaqlara bəhs edib. İkitərəfli müstəvidə də əlaqələrin sürətlə inkişaf etməsindən danışan Səfir, Braziliya Milli Koqresinin Deputatlar Palatasının prezidenti Rodriqo Maianın bu il Azərbaycana rəsmi səfərini xüsusi qeyd edərək, Azərbaycan-Braziliya dövlətərarası əlaqələrinin dinamikası və inkişafı haqqında danışıb. Həmçinin, Səfir öz çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində danışaraq Azərbaycanın haqlı mövqeyini qonaqların nəzərinə çatdırıb. Sonra, Braziliya Milli Konresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya Dostluq Qrupunun rəhbəri Klaudio Kajadonun, tədbir iştirakçılarına ünvanlanmış təbrik nitqini oxuyan, onun nümayəndəsi Anderson Karvalho, iki ölkə arasında əlaqələr sürətlə inkişaf etməkdə olduğunu və intensiv qarşılıqlı səfərlər və yüksək ticarət əlaqələri bunun bariz nümunəsi olduğunu bildirmiş və iki ölkə arasında gələcək prespektivdən danışıb. Tədbirin davamı olaraq, qonaqlar müxtəlif təamlardan ibarət ziyafət masasına dəvət olunmuşlar və onlara Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi logosu olan müxtəlif hədiyyələr və Azərbaycan haqqında məlumat ehtiva edən, İRS jurnalının Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyinə həsr edilmiş sayı və səfirlik tərəfindən müxtəlif yerli jurnallarda dərc edilmiş ölkəmiz haqqında çap materialları təqdim edilib. Tədbir yerli KİV-lər tərəfindən işıqlandırılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin