Saçları sabunla yumaq olarmı? Mütəxəssis rəyi


Digərləri 07 İyn 2019 22:20:00 308 0

Saçları sabunla yumaq olarmı?  Mütəxəssis rəyi

Bu sual bir çox insanı maraqlandırıq. Bəzilər belə hesab edir ki, sabun saçları daha yaxşı təmizləyir, yumşaq və qalın edir.

Lakin ekspertlərin fikrinə görə, sabun saçları yumaq üçün heç də yaxşı seçim deyil. Son.az saglamolun.az-a istinadən bildirir ki, sabun saçları və saç dərisini qurudur və bu da saçların vəziyyətinə yaxşı təsir etmir. Həmçinin sabun çətinliklə yuyulur və saçların üzərində sanki tutqun qat qalır, ki bu da saçların görünüşünü korlayır.

Kimsə deyə bilər ki, keçmişdə nənələrimiz saçlarını yalnız sabunla yuyurdu, ancaq onların saçları indiki qadınların saçlarından qat-qat daha sağlam və qalın idi.

Burada bir neçə məqam var. İlk növbədə nənələrimiz daha ekoloji təmiz şəraitdə yaşayırdı, həm də o vaxt sabun təbii xammaldan istehsal olunurdu, müasir sabun isə sırf kimyəvi məhsuldur.