Si Cinpin Dostoyevskidən sitat dedi: "Gözəllik dünyanı xilas edəcək"


Dünya 07 İyn 2019 21:39:00 248 0

Si Cinpin Dostoyevskidən sitat dedi: "Gözəllik dünyanı xilas edəcək"

Çin rəhbəri Si Cinpin Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı rus yazıçısı Fyodor Dostoyevskidən sitat gətirib.

Son.az Trend-ə istinadən bildirir ki, çinli lider ətraf mühitin mühafizəsinə diqqət çəkib.

O çıxışı zamanı yazıçının "İdiot" əsərindən fikir səsləndirib:

"İnsanla təbiətin ahəng təşkil edəcəyi daha gözəl dünyanın qurulması üçün "yaşıl" inkişafı dəstəkləmək lazımdır. Rusiyalı yazıçı Dostoyevskinin dediyi kimi: "Gözəllik dünyanı xilas edəcək!"