Bu ölkədə alkoqollu məhsulların üzərində nəzarəti tənzimləyən qanun qəbul olunub


Digərləri 07 İyn 2019 21:29:00 206 0

Bu ölkədə alkoqollu məhsulların üzərində nəzarəti tənzimləyən qanun qəbul olunub

Litva parlamenti iyunun 6-da keçirdiyi iclasda ölkədə alkoqollu məhsulların üzərində nəzarət tənzimləyən yeni qanun qəbul edib. Qanun uşaqların psixikasında alkoqolu xatırladacaq bütün məhsulları qadağan edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni qanunda alkoqollu içkiləri təqlid edən bütün ərzaq məhsulları, o cümlədən, oyuncaqlar və içkilərin qadağası ehtiva olunub. Bunların arasında uşaqların çox sevdikləri "uşaq şampanı" da var.

Litvanın səhiyyə naziri Aurelius Vereqa mətbuata açıqlamasında qərarı belə izah edib: "Biz uşaqlarımızın sağlam gələcəyini təmin etməliyik. Məhz bu səbəbdən onlarda alkoqollu içkilərə maraq yarada biləcək hər şeyi qadağan etmək lazımdır".

Yeni qanun noyabrın 1-dən qüvvəyə minəcək. Litvada həmçinin yaşı 20-yə çatmamış gənclərə də spirtli içkilər satılmır.