13 yaşında ata olan oğlanın sonu necə oldu? Özü uşaq olsa da, qızını çox sevirdi


Digərləri 07 İyn 2019 21:13:00 289 0

13 yaşında ata olan oğlanın sonu necə oldu?  Özü uşaq olsa da, qızını çox sevirdi

2009-cu ildə bütün dünya Britaniyada baş vermiş hadisənin şokunu yaşadı. 

13 yaşlı Alfi Patten və onun 15 yaşlı rəfiqəsi Şantel Stidman övlad sahibi olacaqlar. Qızın hamiləliyi təsdiqlənmiş, onların qızı olacaqdı. Alfi də uşağın atası olduğunu etiraf etmişdi.

Son.az medicina.az-a istinadən bildirir ki, əslində oğlan və qız ailələrindən və bütün ölkədən öncə məsələni bilir və gizlədirdilər. 

Alfi deyir ki, bir dəfə Şantelin qarnı ağrıdı. Bu ağrılar çox davam etdikcə biz həkimə getdik. Həkim Şantalin hamilə olduğunu dedi. Biz bu barədə heç kimə bildirməməyə qərar verdik.

Lakin sirr cəmi 7 həftə gizlədilə bilir. Qızının gündən-günə kökəlib şişdiyini görən ana onu həkimə aparmaq istəyir, lakin qız səbəbi deyir.

Ana özünü itirməyərək, bu barədə dövlət qurumlarına, lazımi orqanlara bildirir, uşağın doğulmasına kimi qızına dəstək olur.

Həm oğlan, həm qız jurnalistlərin hədəfinə çevrilir. Bütün ölkə onları izləyirdi. Uşaqlar övladlarına yaxşı valideyn olacaqlarını, heç nədən qorxmadıqlarını və güclü olduqlarını bildirirdilər.

2009-cu ilin fevralında onların qızı Meysi doğulur. Alfi bir "ata" kimi uşağa baxır, onu yedizdirir, onunla səmimi şəkillər çəkdirirdi.