İtaliyanın Quspini bölgəsində bütün yollara ölkənin tanınmış qadınlarının adı verilib


Digərləri 07 İyn 2019 21:18:00 251 0

İtaliyanın Quspini bölgəsində bütün yollara ölkənin tanınmış qadınlarının adı verilib

İtaliyanın Quspini bölgəsində tarixdə ilk sayıla biləcək addım atılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bölgədə yeni salınmış bütün yollar qadınların şərəfinə adlandırılıb. Belə ki, salınan yeni yollara dünya şöhrətli astrofizik Marqarita Hakın, memarlıq sahəsində ilk ali təhsil alan Valentina Luççatonun, 18-ci əsrdə ipək ticarəti üzrə pioner Françeska Sanna Sulisin, 1868-ci il qiyamında üsyançıların lideri olmuş Paskua Zelis Zuanın, yazıçı İtalo Kalvinonun anası Yeva Mameli Kalvinonun və dünya şöhrətli rəssam Mariya Layın adı verilib.