SOCAR və BP birgə neftkimya kompleksinin tikintisini planlaşdırır


Digərləri 07 İyn 2019 21:08:00 259 0

SOCAR və BP birgə neftkimya kompleksinin tikintisini planlaşdırır

"Star" neft emalı zavodu işə salınma mərhələsindədir.

Son.az bildirir ki, bunu "SOCAR Turkey" şirkətinin xarici əlaqələr üzrə rəhbəri Murat Lekompte Trend-ə özəl müsahibəsində deyib.

Onun sözlərinə görə, zavodda sınaq prosesi demək olar ki, başa çatıb:

"Bütün bölmələr istifadəyə verilib, istehsal faktiki olaraq başlayıb. Zavodda reaktiv yanacaq, dizel yanacağı, mayeləşdirilmiş karbohidrogen qazı və digər məhsullar istehsal olunur".

M.Lekomptenin sözlərinə görə, bu ilin sonunadək zavodda 8 milyon tonadək xam neft emal olunacaq.

"Petkim" neft-kimya kompleksi barədə danışan rəsmi bildirib ki, müəssisə Türkiyədə ən iri neft-kimya məhsulları istehsalçısıdır: