“Facebook”dan “Huawei”ə qadağa


Digərləri 07 İyn 2019 20:30:00 215 0

“Facebook”dan “Huawei”ə qadağa

"Facebook" "Huawei" smartfonlarında öz tətbiqetmələrinin quraşdırılmasını qadağan edib.

Son.az qafqazinfo istinadən xəbər verir ki, söhbət "Facebook", "İnstagram" sosial şəbəkələrindən, eləcə də "WhatsApp" messencerindən gedir. 

Qeyd edək ki, sözügedən qadağa "Huawei"in bundan əvvəlki modelləri və artıq satışda olan smartfonlarına şamil olunmayacaq. Belə ki, qadağa yalnız bundan sonra istehsal olunacaq smartfonlara aiddir. Bundan əlavə, istifadəçilər özləri sözügedən tətbiqetmələri yükləyə biləcəklər. 

Xatırladaq ki, mayın 16-da ABŞ Ticarət Nazirliyi "Huawei" şirkəti və onun 70 filialını qara siyahıya salıb.