Biletləri 30 gün əvvəldən almaq mümkün olacaq


Digərləri 07 İyn 2019 20:04:37 230 0

Biletləri 30 gün əvvəldən almaq mümkün olacaq

Beynəlxaq sərnişin qatarlarında bilet satışı qaydaları dəyişir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a verilən məlumata görə, beynəlxaq sərnişin qatarlarında bilet satışının təkmilləşdirilməsi və sərnişinlər tərəfindən biletlərin öncədən alınmasının təmin edilməsi məqsədi ilə, sabahdan beynəlxalq sərnişin qatarlarına bilet satışı qatarların yola düşməsinə 30 gün qalmış başlayacaq.