Sağlam dırnaqlar üçün bunları edin


Digərləri 07 İyn 2019 20:06:00 271 0

Sağlam dırnaqlar üçün bunları edin

Kişilərə nisbətən qadınlar dırnaqlarına daha çox diqqət yetirirlər. Qadınların ən böyük narazıçılığı isə dırnaqların qırılması, onların üzərində ağ ləkələrin əmələ gəlməsidir. Bəs görəsən, bu ləkələrəndən böyük məbləğdə pul xərcləmədən necə xilas olmaq olar?

Son.az axşam.az-a istinadən bu dəfə dırnaqlarınıza qulluq üçün məsləhətlər təqdim edir:

Bu zaman dırnaqlar onixosdrof xəstəliyinə tutala bilər. Bu xəstəlik zamanı dırnaqlarda ağ ləkələr əmələ gəlir, dırnaqlar soyulur. Bununla mübarizə aparmaq çox çətindir. Çünki ağ ləkələr müəyyən müddət itib, sonra yenidən əmələ gəlir.

Buna görə hər səhər A vitamini qəbul edin: qara çörəyin üzərinə 30 damcı bitki yağı töküb, yeməkdən əvvəl yeyin.

Dəniz duzu ilə vanna edin: bir stəkan qaynar suya 1 xörək qaşığı dəniz duzu tökün. Bir az soyumasını gözləyin. Barmaqları içərisinə salmaq mümkün olana kimi soyudun. Bu üsulu bir gündən bir, 2-3 həfdə etməyiniz məsləhətdir.