Rusiyada Telman Vəliyevin qruplaşmasına hökm oxundu


Kriminal 07 İyn 2019 19:56:00 211 0

Rusiyada Telman Vəliyevin qruplaşmasına hökm oxundu

Rusiyanın Nijniy Taqil şəhərində 12 nəfərdən ibarət cinayət qruplaşmanın üzvlərinə hökm oxunub. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, Sverdlovsk vilayətinin prokurorluğundan verilən məlumata görə, cinayətkar qruplaşmanın üzvləri quldurluq, soyğunçuluq, sağlamlığa ağır zərər vurma, dələduzluq, ölümlə hədələmə maddələri ilə ittiham edilib. 

Azərbaycan Respublikasının vətəndaşı Telman Vəliyev 2015-2016-cı ildə Nijniy Taqildə idmançılardan ibarət cinayətkar qrup yaradıb. Vəliyev özü 2016-cı ilin avqustunda yaxalanıb. 

Cinayətkar qruplaşmanın üzvləri vaxtlarını bir yerdə keçirib, istirahət edib, idmanla məşğul olublar. Bəzilərini isə qohumluq əlaqələri birləşdirib. Bundan başqa, qruplaşmanın bir çox üzvləri Leninsk və Taqilstroyevsk rayonlarında birlikdə yaşayıblar.

Cinayətkar qruplaşmanın üzvləri Nijniy Taqil və Verxniy Salda ərazilərində bir sıra cinayət əməlləri törədib. Onların əməllərindən ümumilikdə 14 nəfər zərər görüb.

Belə ki, 2016-cı ilin mayında T.Vəliyev öyrənib ki, Nijniy Taqil sakini azadlığa çıxıb və öz mənzilini satıb. Kişi spirtli içki aludəçisi olub. Vəliyev başa düşüb ki, onda külli miqdarda pul ola bilər.

2016-cı il mayın 19-da qruplaşmanın üç üzvü həmin şəxsin müvəqqəti yaşadığı mənzilə gəlib. Onlar qapını açan şəxsə iki yumruq zərbəsi endirib və mənzilə daxil olublar. Cinayətkarlar ondan 100 min rubl (2600 AZN - red.) pul tələb etsə də, kişi pulu verməkdən imtina edib.

Bundan sonra cinayətkarlar ona daha iki yumruq zərbəsi endirib. Evdəki çəkiclə onun ayaq nahiyəsinə səkkizdən çox zərbə vurublar. Şiddətdən qorxan kişi pulu verməyə razılaşıb. Həmin gün kişi hesabından deyilən məbləği çıxarıb və tanışı vasitəsilə cinayətkarlara verib.