14 şir milli parkdan qaçıb


Dünya 07 İyn 2019 19:11:00 746 0

14 şir milli parkdan qaçıb

Cənubi Afrika Respublikasının şərqində 14 şir milli parkdan qaçıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Limpopo əyalətinin rəhbərliyi yaxınlıqdakı qəsəbələrin sakinlərinə ehtiyatlı olmağı tövsiyə edib.

Şirlər Krüger milli parkından qaçıb. Hazırda reyncerlər heyvanların axtarışını aparır.

Qərara əsasən, şirlər tapılıb parka qaytarılmalıdır, lakin zərurət yaranacağı təqdirdə onların öldürülməsi istisna edilmir.