Qəbiristanlıqdan güldan oğurlayan şəxslər tutuldu


Kriminal 07 İyn 2019 19:02:00 228 0

Qəbiristanlıqdan güldan oğurlayan şəxslər tutuldu

Gəncədə qəbiristanlıqdan güldan oğurlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Milli.A-za verilən məlumata görə, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki 3 həyətyanı sahədən su mühərriki, elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları, habelə qəbirlərin üzərində quraşdırılmış 3 ədəd alüminium güldanı oğurlamaqda şübhəli bilinən Gəncə sakini İ.Hümbətov və Goranboy rayon sakini E.Cəfərov saxlanılmışlar.