Azərbaycanlı qadınları Türkiyədə satan dəstə başçısı azadlıqda


Kriminal 07 İyn 2019 19:06:00 218 0

Azərbaycanlı qadınları Türkiyədə satan dəstə başçısı azadlıqda

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Günay Axundovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, Günay Axundovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Günay Axundovanın həbs edilməsi üçün əməliyyatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları keçirib.

Məlum olub ki, Günay Axundova bir neçə Azərbaycan vətəndaşı olan qadınları Türkiyəyə aparıb, orada cinsi istismara məruz qoyub.

Günay Axundovanın əməllərindən zərərçəkmiş qadınlar baş idarəyə şikayət ediblər.