VTB (Azərbaycan) Black Edition premium kartını təklif edir


Digərləri 07 İyn 2019 19:10:00 180 0

VTB (Azərbaycan) Black Edition premium kartını təklif edir

VTB (Azərbaycan) Mastercard ödəniş sisteminin Black Edition premium kartının buraxılışına başlayıb.

Bu kart müştərilərə bir sıra üstünlüklər, o cümlədən özəl xidmət və hava limanlarının Lounge Key biznes zallarından istifadə imkanları verir. Bundan başqa, səyahət zamanı kart sahibləri müxtəlif növ nəqliyyat, əyləncəli tədbirlər üçün biletlərin bronlaşdırılması, eləcə də otellərin və digər məkanların axtarışına kömək edən konsyerj-xidmətindən istifadə edə bilər. Bu xidmətdən 24 saat ərzində ayrılmış xüsusi telefon nömrəsi və elektron poçt vasitəsi yararlanmaq mümkündür.

Black Edition kart sahiblərinə sığorta üzrə sərfəli şərtlər də təklif olunur. Belə ki, proqram müştərilərin həm ölkə daxilində, həm də ölkə xaricində səyahətlərini əhatə edir, eləcə də kart sahibini səfər zamanı müşahidə edən ailə üzvlərinə də şamil olunur. Proqram qış idman növləri, eləcə də təcili tibbi xərclər, səfər zamanı bədbəxt hadisə və reysin gecikməsi kimi riskləri də ödəyir.

"Black Edition istifadəçilərinə geniş imkanlar verən imtiyazlı kartdır. Bank VTB (Azərbaycan) isə onu daha da böyük üstünlüklərlə tamamlayıb. Bu, multivalyuta kartıdır və müştərilərə dörd  müxtəlif valyutada - manat, rubl, dollar, avroda əməliyyatlar həyata keçirməyə imkan verir.