Tovuzda bir tondan artıq narkotik aşkarlanıb


Digərləri 07 İyn 2019 18:43:00 188 0

Tovuzda bir tondan artıq narkotik aşkarlanıb

Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib

Bakı. Tovuzda bir tondan artıq narkotik aşkarlanıb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dönük Qırıqlı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,2 tona yaxın 3219 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.