Sədr İçərişəhərdəki yeraltı yollar barədə: İstifadə etmək mümkün deyil


Digərləri 07 İyn 2019 18:12:00 237 0

Sədr İçərişəhərdəki yeraltı yollar barədə: İstifadə etmək mümkün deyil

Hələ orta əsrlərdə, bəlkə də ondan da əvvəlki dövrdə İçərişəhərdə bir neçə yeraltı yol mövcud olub.

Bakı. Elçin Mehdiyev - Hələ orta əsrlərdə, bəlkə də ondan da əvvəlki dövrdə İçərişəhərdə bir neçə yeraltı yol mövcud olub. Trend-in məlumatına görə, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) İdarə Heyətinin sədri Əsgər Ələkbərov deyib. O qeyd edib ki, bununla bağlı araşdırmalar aparılıb: “Mütəxəssislər bu mövzu ətrafında vaxtında kifayət qədər ciddi araşdırmalar aparıb. Əldə olunan nəticələr onu göstərir ki, təəssüf olsun ki, yollar günümüzə olduğu kimi gəlib çıxmayıb.