"Qoşa Qala qapılarında restavrasiya işlərinin ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur"


Digərləri 07 İyn 2019 18:05:00 252 0

"Qoşa Qala qapılarında restavrasiya işlərinin ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur"

İçərişəhərdə Qoşa Qala qapılarında aparılan restavrasiya və konservasiya işlərinin bu ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) İdarə Heyətinin sədri Əsgər Ələkbərov deyib.

Ə.Ələkbərov bildirib ki, son dəfə bu divarlar 50-ci illərdə restavrasiya olunub: "Ona görə də yeni bərpanın vaxtı idi. Mövcud abidənin olduğu kimi saxlanılaraq bərpasına üstünlük verilir.

Bu il üçün həm də Qoşa Qala meydanında yerləşən Bakı Xanları Evi Kompleksinin yekunlaşması da nəzərdə tutulub".

Onun sözlərinə görə, gələn il Buxara və Moltane karvansaralarının restavrasiya və konservasiyası planlaşdırılır. Eyni zamanda yaşıl aptek kimi tanınan Qasım bəy hamamının da bərpaya ehtiyacı var: