Evdən pul və 4 min manatlıq qızıl oğurlandı


Kriminal 07 İyn 2019 17:45:00 201 0

Evdən pul və 4 min manatlıq qızıl oğurlandı

Tovuzda evdən pul və 4 min manatlıq qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mayın 25-də rayon ərazisindəki evlərin birindən 550 manat və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri - əvvəllər məhkum olunmuş İ.Məmmədov və A.Məmmədov saxlanılıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə İ.Məmmədovun evindən 460 qram marixuana aşkar edilərək götürülüb.