BDU-da yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib


Digərləri 07 İyn 2019 17:39:02 352 0

BDU-da yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-da “Tokyo Boeki RUS LLC” şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

Bakı. Elmi və cihaz avadanlıqlar təchizatı üzrə Yaponiyanın tanınmış “Tokyo Boeki RUS LLC” şirkətinin Baş direktorunun müavini Dmitriy Yurkovets və həmin qurumun satış üzrə meneceri Vitaliy Tinkov Bakı Dövlət Universitetində olub, Fizika Problemləri İnstitutu, Nanotexnoloqiyalar mərkəzi və Fizika fakultəsinin birgə seminarında iştirak ediblər. BDU mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən Trend-ə verilən məlumata görə, BDU-nun rektoru Elçin Babayev seminarın əhəmiyyətindən danışıb və “Tokyo Boeki RUS LLC” şirkətinin yeni “Minimal FAB” yapon texnologiyasının elmi tədqiqatlarda, həmçinin tələbələrin və elmi işçilərin mikroelektronika sahəsində biliklərinin artırılmasında mühüm rol oynayacağını qeyd edib. Adıçəkilən şirkətin Baş direktorunun müavini Dmitriy Yurkovets “Minimal FAB- yarımkeçirici sənayenin yaradılmasında yeni yanaşma” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, “Minimal FAB” daha az məsrəflə inteqral mikrosxemlərin, çiplərin, drayverlərin, müxtəlif altlıqlar üzərində optelektron cihazların yaradılması istiqamətində unikal bir sistemdir. D.Yurkovets sistemin üstünlüyü kimi onun çox sadə idarə olunması və çevikliyini göstərib, istənilən miqdarda tələb olunan məhsulu almağa imkan verdiyini qeyd edib.