Bakıda narkotik satışında ittiham olunan baş redaktorla bağlı


Kriminal 07 İyn 2019 17:17:00 197 0

Bakıda narkotik satışında ittiham olunan baş redaktorla bağlı

Bakıda narkotik alverindı ittiham edilən baş redaktor Şəfəq Ağacanın barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə şikayətinə baxılıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində Şəfəq Ağacanın şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə Şəfaq Ağacanın barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

İttihama görə, paytaxtın Nərimanov rayonu ərazisində Şəfəq Ağacan narkotik maddə olan marixuananı satarkən yaxalanıb.

Hüquq-mühafizə orqanları əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq istədiyi bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüb.