UNESCO BDU-nun 100 illik yubileyini qeyd edəcək


Digərləri 07 İyn 2019 17:17:23 313 0

UNESCO BDU-nun 100 illik yubileyini qeyd edəcək

2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd olunmaqdadır.

Bakı. Prezident İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı əsasında 2019-cu ildə Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi geniş miqyasda qeyd olunmaqdadır. Universitetdən Trend-ə verilən məlumata görə, ölkədə və xaricdə keçirilən çoxsaylı elmi, mədəni və kütləvi tədbirlərlə yanaşı, Bakı Dövlət Universitetinin 100 illik yubileyi 2019-cu il 12 iyun tarixində UNESCO-nun Parisdəki Baş qərargahında da beynəlxalq səviyyədə qeyd olunacaq. Bu məqsədlə, həmin gün rəsmi tədbir və sərgi təşkil olunacaq, konsert veriləcək. Tədbirin rəsmi hissəsində BDU-nun 100 illik tarixini özündə dolğun şəkildə əks etdirəcək video-çarx göstəriləcək, tarixi və müasir şəkillərdən ibarət sərgi nümayiş etdiriləcək. Yubileydə Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Mədəniyyət Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti, o cümlədən dəvətli qonaqlar iştirak edəcəklər.