Küçənin ortasında öldürülən 3 uşaq anasının əri bu gün Rusiyadan qayıdırmış TƏFƏRRÜAT


Kriminal 07 İyn 2019 17:04:00 278 0

Küçənin ortasında öldürülən 3 uşaq anasının əri bu gün Rusiyadan qayıdırmış  TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Bakıda qadın küçədə bıçaqlanaraq qətlə yetirilib.

Son.az xəbər verir ki, unikal.org hadisənin ilkin təfərrüatlarını öyrənib.

Hadisə Bayılda, 20-ci sahə adlanan ərazidə Arif İsmayılov küçəsi 22 D ünvanında baş verib. Ev sahibi Zeynəb Namazova bildirib ki, 30-35 yaşlarında qadın "kömək edin" qışqıraraq qapını döyüb. Ev sahibigildə olan qonaqlar qapını açıblar.

Bu zaman qanın içərisində olan qadın özünü həyətə atıb. Əraziyə təcili tibbi yardım çağırılana qədər o dünyasını dəyişib. Sonra əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları gəlib.

Məlum olub ki, qətlə yetirilən 38 yaşlı Kəmalə Mikayılova 3 uşaq anasıdır. Mərhumun Rusiyada olan həyat yoldaşı bu gün Bakıya qayıdırmış.