Qonaq gəldiyi evin sahibini öldürdü


Kriminal 07 İyn 2019 16:14:00 281 0

Qonaq gəldiyi evin sahibini öldürdü

İyunun 6-da saat 1 radələrində Zabrat qəsəbəsində yaşayan Rəşid Qasımovun evinə gəlmiş şəxs ona bıçaqla çoxsaylı xəsarətlər yetirib. Cinayətkar hadisə yerini tərk edib, ev sahibi isə hadisə yerində ölüb.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Sabunçu rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini C.Babaşov müəyyən edilib.

C.Babaşov polis əməkdaşları tərəfindən Bərdə rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.