Tovuzda ilk körpəsini dünyaya gətirən ana ölüb


Digərləri 07 İyn 2019 16:04:00 211 0

Tovuzda ilk körpəsini dünyaya gətirən ana ölüb

Tovuzda ana ölümü baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun İbrahimhacılı kənd sakini, 1998-ci il təvəllüdlü Tağıyeva Aytac rayon Doğum Şöbəsində körpə dünyaya gətirən zaman ölüb.

Məlumata görə, bu qadının ilk doğuşu olub. Dünyaya gələn uşağın vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.