Azərbaycanda vakant müəllim yerlərinin SAYI açıqlandı


Digərləri 07 İyn 2019 15:59:49 205 0

Azərbaycanda vakant müəllim yerlərinin SAYI açıqlandı

Azərbaycanda orta məktəblərdə bütün fənlər üzrə 4925 vakant müəllim yeri var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə bildirib.

Nazirlik rəsmisi deyib ki, may ayında İnsan Resursları Mərkəzi tərəfindən məktəblərdəki vakant yerlər haqqında məlumatlar sistemə daxil edilib.

Mərkəzin rəhbəri iyunun 3-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verildiyini xatırladıb. M.Camalzadə qeyd edib ki, namizədlər hazırda elektron sənəd qəbulu üçün şəxsi kabinetlərinə daxil olarkən vakant yerləri görə bilirlər.

M.Camalzadə əlavə edib ki, müsabiqədə iştirak edən müəllimlər öz istəklərinə uyğun vakant yer seçirlər, ondan sonra isə bal ardıcıllığı prinsipinə uyğun olaraq, onların yerləşdirilməsi aparılacaq.