Qarabağda ağır qəza…


Digərləri 07 İyn 2019 15:49:00 224 0

Qarabağda ağır qəza…

Bu gün səhər Qarabağda avtobus qəzası baş verib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, saat 08:58-də qəza mərkəzinə Xankəndi-İrəvan yolunun 55-ci kilometrliyində yol-nəqliyyat hadisəsinin baş verdiyi barədə məlumat daxil olub. İlkin məlumatlara görə, Əskəran rayonunun Xaçen kənd sakini tərəfindən idarə olunan "Mercedes Sprinter" markalı avtobus qeyri-müəyyən şəraitdə yoldan çıxaraq aşıb.

Qəza yerinə çağrılan xilasedicilər müxtəlif dərəcədə xəsarət alan yaralıları Laçın rayon regional tibb birliyinə, oradan isə Xankəndidəki tibb mərkəzinə və "Arevik" uşaq klinikasına aparıblar.

"Avtobusda Əskəran rayonu Çaxkaşat kəndinin məktəbinin müəllim və şagird heyəti olub. Onlar Tatev monastırına ekskursiyaya gedirdi", - deyə məlumatda qeyd olunub.


Xəbərə aid fotolar