Tovuzda evdən pul və 4 min manatlıq qızıl oğurlanıb


Digərləri 07 İyn 2019 15:44:00 187 0

Tovuzda evdən pul və 4 min manatlıq qızıl oğurlanıb

Tovuzda evdən pul və 4 min manatlıq qızıl oğurlanıb

Bakı. Tovuzda evdən pul və 4 min manatlıq qızıl oğurlanıb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mayın 25-də rayon ərazisindəki evlərin birindən 550 manat və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri - əvvəllər məhkum olunmuş İ.Məmmədov və A.Məmmədov saxlanılıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə İ.Məmmədovun evindən 460 qram marixuana aşkar edilərək götürülüb.