Rusiya İmperiyası dövründən qalan mərmidə xəzinə tapıldı


Dünya 07 İyn 2019 13:57:00 260 0

Rusiya İmperiyası dövründən qalan mərmidə xəzinə tapıldı

Estoniyalı minaaxtaranlar Pyarnusk rayonunda Birinci Dünya Müharibəsinə aid 150 millimetrlik mərmi aşkar ediblər.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, mərminin zərərsizləşdirilməsi zamanı onun daxilində barıt əvəzinə 1898-1910-cu illərə məxsus pul vahidləri aşkar edilib.

"Pullar yaxşı vəziyyətdə olub və atəş zamanı zədələnməyib. Mərminin içərisindən 5100 rubla yaxın pul vahidi tapılıb", - minaaxtaran Oleq Şapkin deyib.

Arxeologiya sahəsində qədim abidələrin qorunması şöbəsinin müdiri Ulla Kadakasın sözlərinə görə, pul vahidləri potensial təhlükələrdən qorunmaq üçün mərminin içərisində qəsdən gizlədilib. O bildirib ki, yerli sakinlər və regionun muzeyləri tapıntının tarixini araşdıracaqlar.


Xəbərə aid fotolar