Azərbaycanın valyuta ehtiyatları 6,2 faiz artıb


Digərləri 07 İyn 2019 13:57:00 199 0

Azərbaycanın valyuta ehtiyatları 6,2 faiz artıb

Profisitli tədiyə balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 6,2% artaraq 47.5 milyard dollara çatıb.

Bakı. İlhamə İsabalayeva - Profisitli tədiyə balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 6,2% artaraq 47.5 milyard dollara çatıb. Bu barədə Trend-ə Mərkəzi Bankdan (MB) məlumat verilib. MB-dan qeyd edilib ki, xarici sektorda müsbət meyillər davam etməkdədir. Cari ilin 4 ayında ixrac (malların ixracı) 25.4%, o cümlədən qeyri-neft ixracı 19.9% artıb, ticarət balansında 2.5 milyard dollarlıq müsbət saldo yaranıb.