Bakıda kişi sevgilisini öldürdü


Kriminal 07 İyn 2019 13:37:00 173 0

Bakıda kişi sevgilisini öldürdü

Paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində qətl hadisəsi baş verib.

Son.az xəbər verir ki, bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilir ki, cinayət iyunun 7-də gecə saatlarında Arif İsmayılov küçəsində qeydə alınıb. Adı hələlik açıqlanmayan qatil 38 yaşlı Mikayılova Kəmalə Hümmət qızına hücum çəkərək ona bir neçə bıçaq zərbəsi endirib.

K.Mikayılova yaralı halda onu bıçaqlayan şəxsdən qurtulmaq üçün tanımadığı qadının evinə sığınıb, lakin bir müddət sonra həmin evdə qanaxmadan ölüb.

Bundan sonra 8-ci Polis bölməsinə 20-ci sahə ərazisində bir nəfərin krana çıxaraq intihar etmək istəməsi ilə bağlı məlumat daxil olub.