Dini Komitə Ramazan ayı ilə bağlı monitorinqin NƏTİCƏLƏRİNİ açıqladı


Digərləri 07 İyn 2019 13:07:00 211 0

Dini Komitə Ramazan ayı ilə bağlı monitorinqin NƏTİCƏLƏRİNİ açıqladı

"Ramazan ayı ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini ayinlərin icrası üzrə monitorinqlər bu il də davam etdirilib".

Son.az xəbər verir ki, bunu Trend-ə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Komitə rəsmisi bildirib ki, Ramazan ayından öncə də maarifləndirici, izahedici görüşlər keçirilib, o cümlədən bəzi profilaktik xarakterli söhbətlər aparılıb:

"Əvvəlki illərlə müqayisədə bu il xeyli müsbət irəliləyiş müşahidə edilib. Belə ki, əvvəlki illərdə xarici ölkələrdən gətirilmiş təqvimlərdən istifadə hallarına daha çox rast gəlinirdi. Lakin cari ildə keçirilmiş monitorinqlər nəticəsində bu sahədə ciddi qanun pozuntuları aşkar edilməyib".

S.Heydərov, həmçinin dini ayinlərin icrası ilə bağlı Komitənin tövsiyəsini diqqətə çatdırıb: