Mərkəzi Bank uçot dərəcəsini azaldıb


Digərləri 07 İyn 2019 13:09:00 219 0

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8.75%-dən 8.5%-ə endirilməsi haqda qərar qəbul edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, faiz dəhlizinin yuxarı həddi 10.5%, aşağı həddi isə 6.5% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

İnflyasiya proseslərinə gəlincə, gözlənilən trayektoriyada dəyişir. 2019-cu ilin aprel ayında 12 aylıq inflyasiya hədəf çərçivəsində olmaqla 3.1% təşkil edib.