Milli komandamız Çində mövsümün 4-cü Karate1 Premyer Liqa turnirində iştirak edir


Digərləri 07 İyn 2019 12:40:42 181 0

Milli komandamız Çində mövsümün 4-cü Karate1 Premyer Liqa turnirində iştirak edir

Milli komandamız həftəsonu Çinin Şanxay şəhərində mövsümün 4-cü Karate1 Premyer Liqa turnirində iştirak edir.

Bakı. Milli komandamız həftəsonu Çinin Şanxay şəhərində mövsümün 4-cü Karate1 Premyer Liqa turnirində iştirak edir. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, mötəbər rəsmi yarışda Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Asiman Qurbanlı (+84 kq) eləcə də Ayxan Mamayev, Turqut Həsənov və Pənah Abdullayev (üçü də -84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata) və İrina Zaretska (-68 kq) mübarizə aparacaq. Komanda ilə birgə olan kumite üzrə baş məşqçi Bahəddin Kandaz, böyük məşqçi Qurban Tağıyevdən başqa beynəlxlaq hakimlər Cahangir Babayev və Vüqar Kərimov isə yarışı idarə edən referilər arasında olacaq. Nümayəndə heyətinə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov rəhbərlik edir.