Magistraturaya ixtisas seçimi başlayır


Digərləri 07 İyn 2019 12:05:19 189 0

Magistraturaya ixtisas seçimi başlayır

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi 2019-cu il iyunun 7-dən 18-dək aparılacaq

Bakı. 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi 2019-cu il iyunun 7-dən 18-dək aparılacaq. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ixtisaslaşma seçiminə 2019-cu ildə magistraturaya qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar. Bakalavrlar "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə imtahan verdiyi qəbul proqramına aid dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 20‑dək ixtisaslaşma kodunu göstərə bilərlər. Bakalavrın seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına (bəzi ixtisaslaşmalar üçün xarici dilə qoyulan tələbə) müvafiq olmalıdır. Bakalavrlar ixtisaslaşma seçimi haqqında elanın tam mətni, ixtisaslaşmaların seçimi və təsdiqi üçün təlimat, həmçinin qəbul aparılan ixtisaslaşmalar barədə məlumat və dövlət sifarişi ilə magistraturaya tələbə qəbulunun proqnozu ilə "Magistr" jurnalının 2019-cu il tarixli 4-cü sayında tanış ola bilərlər. Bakalavr seçdiyi ixtisaslaşmaları istədiyi ardıcıllıqla DİM-in internet saytında öz elektron ərizə formasına daxil edir, hər bir ixtisaslaşma üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir və öz ixtisaslaşma seçimini təsdiqləyir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.