Ərzaq məhsullarının ucuzlaşması yaxın aylarda davam edəcək Proqnoz


Digərləri 07 İyn 2019 11:57:00 231 0

Ərzaq məhsullarının ucuzlaşması yaxın aylarda davam edəcək  Proqnoz

Kənd təsərrüfatı məhsulları mövsümi xarakterli amillərin təsiri ilə qarşıdakı bir neçə ayda da ərzaq inflyasiyasına azaldıcı təsir edəcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Mərkəzi Bankdan (MB) məlumat verilib.

MB-dan qeyd edilib ki, ötən ilin aprelindən bu ilin aprelinə qədər ərzaq və xidmətlər üzrə qiymət artımı (müvafiq olaraq 3.5% və 3.8%) hədəf intervalında formalaşıb. Qeyri-ərzaq məhsullarının qiymətləri isə 1.4% yüksəlib. May ayında mövsümi amillərin təsiri ilə istehlak səbətində mühüm xüsusi çəkiyə malik ərzaq məhsulların ucuzlaşması müşahidə edilib.

Real sektor monitorinqinin nəticələrinə əsasən, son ayda qiymət gözləntiləri ticarət, xidmət və tikinti sektorlarında azalıb, qeyri-neft emal sənayesində dəyişməz qalıb.