Göyçay sakini narkotiklə saxlanılıb


Digərləri 07 İyn 2019 11:24:00 178 0

Göyçay sakini narkotiklə saxlanılıb

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bakı. Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, onların kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Çayarxı kənd sakini 30 yaşlı Rafiq Yusifov saxlanılıb. Onun su kanalına yaxın ərazidə əkdiyi 8 ədəd çətənə bitkisi və həmin narkotik tərkibli bitkilərin arasında gizlətdiyi 1 ədəd sellofan torbada ümumi çəkisi 440 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.