“İlahiyyatçı” qəzetinin may buraxılışı nəşr olunub


Digərləri 07 İyn 2019 10:49:13 188 0

“İlahiyyatçı” qəzetinin may buraxılışı nəşr olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin may buraxılışı çapdan çıxıb.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin may buraxılışı çapdan çıxıb. Aİİ-dən Trend-ə verilən məlumata görə, mətbu orqanın 1, 2, 3-cü səhifələrində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin öz iqamətgahında açdığı iftar süfrəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söylədiyi nitq əksini tapıb. Həmçinin qəzetin ilk səhifəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahında təşkil olunan iftar mərasiminə qatılması yer alıb. “İlahiyyatçı”nın 3-cü səhifəsində Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dərc olunub. Heydər Əliyev Fondunun Ağdamda təşkil etdiyi növbəti iftar süfrəsi qəzetin 4-cü səhifəsində verilib. Qəzetin may buraxılışında Aİİ rektoru Ceyhun Məmmədovun “Təhsil Azərbaycanın prioritet istiqamətlərindən biridir”; “Azərbaycanın 28 Mayla başlayan azadlığı və müstəqilliyi əbədi olacaq!” məqalələri; Azərbaycan İlahiyyat İnstitutu rektorunun Rusiya Federasiyasına səfəri; “525-ci qəzet”də İnstitutun fəaliyyətini işıqlandıran müsahibəsi əksini tapıb. Qəzetin digər rubrikalarında ali təhsil müəssisəsində dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi məqsədi ilə davamlı təşkil olunan seminar, “dəyirmi masa”, tədbirlər, müsabiqə və görüşlərə həsr olunmuş bir sıra yazılar yer alıb: “Quran mətni islahatçılıq qaynağı kimi”; “Avropada antisemitizm tarixi: antik dövrdən bugünədək”; “Mənəviyyat problemi və kamilliyə gedən yol”; “Etik davranış qaydaları”; “İslamda oruc ibadəti” mövzusunda seminarlar; “Heydər Əliyev siyasəti və din təhsili” mövzusunda elmi-praktiki konfrans bu qəbildəndir. Eyni zamanda, mətbu orqanda İnstitutda tələbələrin yüksəkintellektli, zəngin dünyagörüşlü olması, nitq qabiliyyətinin formalaşması istiqamətində “Həyat gözəldir” filmi nümayiş etdirilib”; “Kitab müzakirəsi keçirilib”; “Dağ yəhudiləri sinaqoqunu ziyarət”; “Aİİ-də “Hədis” yarışması təşkil olunub” başlıqlı yazılar dərc edilib.