Rusiyada keçmiş kəşfiyyatçını öldürən dörd erməni tutuldu


Dünya 07 İyn 2019 10:24:00 189 0

Rusiyada keçmiş kəşfiyyatçını öldürən dörd erməni tutuldu

Moskva vilayətinin Krasnoqorsk şəhər məhkəməsinin qərarı ilə Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) keçmiş xüsusi təyinatlısı Nikita Belyankinin qətlində əli olan Saak Saakyan avqustun 2-dək həbs edilib.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Moskva" agentliyinin müxbiri məhkəmə zalından məlumat verib.

Saakyan xuliqanlıq əməlinin bir qrup şəxs tərəfindən bilərəkdən törədilməsində şübhəli bilinir. Bundan əvvəl eyni maddə ilə davanın daha iki iştirakçısı - Narek Stepanyan və Suren Markosyan saxlanılıb.

Bundan əlavə, qətli törətməkdə şübhəli bilinən Sergey Xocayan da həbs edilib. O, özünü təqsirkar bilməyib:

"Mən cinayət törətməmişəm, bunu bacarmaram. Ona kömək etmək üçün yaxınlaşmışdım, sonra isə hər şeyi mənim üstümə atdılar".