Heydər Əliyev Mərkəzinin parkında Reza Deqatinin “Odun ruhu. Vizual səyahətə dəvət” sərgisi açılacaq


Digərləri 07 İyn 2019 10:26:59 145 0

Heydər Əliyev Mərkəzinin parkında Reza Deqatinin “Odun ruhu. Vizual səyahətə dəvət” sərgisi açılacaq

İyunun 10-da Heydər Əliyev Mərkəzinin parkında tanınmış fotoqraf Reza Deqatinin “Odun ruhu. Vizual səyahətə dəvət” adlı sərgisi açılacaq.

Bakı. İyunun 10-da Heydər Əliyev Mərkəzinin parkında tanınmış fotoqraf Reza Deqatinin “Odun ruhu. Vizual səyahətə dəvət” adlı sərgisi açılacaq. Mərkəzdən Trend-ə verilən məlumata görə, ekspozisiyada Azərbaycanı tərənnüm edən, onu kəşf etməyə imkan verən əsərlər nümayiş olunacaq. Reza Deqati indiyədək dərc olunmamış fotolarından ibarət bu sərgi vasitəsilə izləyicilərə zəngin diyarın mənzərəsini, mədəniyyətini, tarixini göstərəcək. Məşhur fotojurnalist Reza Deqati 40 ildən çoxdur ki, dünyanı gəzib dolaşır. Parisdə yaşayır və 30 kitabın müəllifidir. Onun əsərləri bütün dünyada sərgilənir.