Tramp Stoltenberqi özünün pərəstişkarı adlandırdı


Dünya 07 İyn 2019 10:04:00 200 0

Tramp Stoltenberqi özünün pərəstişkarı adlandırdı

ABŞ Prezidenti Donald Tramp NATO baş katibi Yens Stoltenberqi özünün pərəstişkarı adlandırıb.

Son.az Trend-ə istinadən bildirir ki, amerikalı lider bunu yerli telekanallardan birinə müsahibəsində qeyd edib.

D.Tramp deyib: "Stoltenberq ABŞ Prezidentinin ən sadiq pərəstişkarıdır. O deyir ki, Trampsız, bəlkə heç NATO da olmazdı".