3 yaşlı Zəhranı oğurlayan qadınla bağlı


Digərləri 07 İyn 2019 10:09:00 170 0

3 yaşlı Zəhranı oğurlayan qadınla bağlı

Xadimə işlədiyini deyən Qızbəst bacısının əqli probleminin olduğunu iddia edir. Onun sözlərinə görə, Təzəgül 5 gün əvvəl evdən çıxaraq geri qayıtmayıb.

Son.az Azvision.az-a istinadla xəbər verir ki, bu gün öyrənib ki, bacısı azyaşlı qızı qaçırdığına görə polis tərəfindən saxlanılıb.

"Təzəgülün əqli problemi var. Onun qəsdən uşaq qaçıracağına inanmıram. 5 gün əvvəl evdən gedib, biz də onu axtarırdıq. Bu gün xəbərlərdə gördüm ki, belə hadisə baş verib", - deyən qadın ehtimal edir ki, Zəhranın qaçırılmasında başqa şəxslərin də əli var.

"Bəlkə, onu kimsə bu yola məcbur edib. Yəqin ki, polisinin araşdırmasından sonra həqiqət üzə çıxacaq. Təzəgül normal insan deyil, elə vaxt olur ki, adını da yadından çıxarır. İndiyə kimi bizdə qalıb. Başı normal işləmir".