Qubada soyuducu alışdı, birmərtəbəli evi yandırdı


Digərləri 07 İyn 2019 09:50:39 150 0

Qubada soyuducu alışdı, birmərtəbəli evi yandırdı

Qubada birmərtəbəli ev yanıb

Bakı. Qubada birmərtəbəli ev yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qaraçay qəsəbəsində ümumi sahəsi 200 m² olan birmərtəbəli evin zirzəmisində 1 ədəd soyuducu və taxtadan ibarət tavan 16 m² sahədə, bitişik ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub.