Saxalinlə Xokkaydo arasında bərə əlaqəsi dayandırıldı


Dünya 07 İyn 2019 09:04:00 214 0

Saxalinlə Xokkaydo arasında bərə əlaqəsi dayandırıldı

Rusiyanın Saxalin adası və Yaponiyanın Vakkanay şəhəri arasında bərə əlaqəsi bu il həyata keçirilməyəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şəhər administrasiyasının nümayəndəsi bildirib.

Məlumata görə, bu il iki şəhər arasında reyslərin ləğv edilməsi barədə qərarı "Xokkaydo Saxalin Layn" şirkəti qəbul edib. Buna səbəb isə Rusiya tərəfinin müvafiq çarter gəmi təqdim edə bilməməsi olub.

Qeyd edək ki, Vakkanay Yaponiyanın Xokkaydo adasında yerləşən şəhərdir.