Orfoqrafiya lüğətinin çapı ləngiyəcək Bəzi sözlər MÜBAHİSƏLİ qalır


Digərləri 07 İyn 2019 07:55:00 211 0

Orfoqrafiya lüğətinin çapı ləngiyəcək  Bəzi sözlər MÜBAHİSƏLİ qalır

Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinə daxil edilməsi nəzərdə tutulan bəzi sözlərlə bağlı mübahisəli məqamlar ortaya çıxdığı üçün kitabın çapa verilməsi ləngiyəcək.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, hazırda həmin mübahisəli sözlərlə bağlı müzakirələr aparılır.

M.Nağısoylu əlavə edib ki, mübahisəli sözlərin arasında həm lüğətə yeni daxil olan, həm də lüğətin 2013-cü il nəşrində olan və tənqidə səbəb olan sözlər var.

Bu səbəbdən bəzi sözlərlə bağlı dəqiqləşdirilmələrin aparılmasına ehtiyac duyulduğunu deyən institut direktoru bildirib ki, lüğətin bu ilin may ayının sonunda çapa təqdim edilməsi nəzərdə tutulsa da, hazırda kitabın nəşri sentyabra qədər ləngiyəcək.