Tereza Mey Mühafizəkar Partiyasının lideri postunu tərk edəcək


Dünya 07 İyn 2019 07:41:00 229 0

Tereza Mey Mühafizəkar Partiyasının lideri postunu tərk edəcək

Tereza Mey Böyük Britaniyanın hakim partiyası olan Mühafizəkar Partiyasının lideri vəzifəsini tərk edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, buna baxmayaraq T.Mey Birləşmiş Krallığın baş naziri vəzifəsini icra etməyə davam edəcək.

62 yaşlı siyasətçi postunu tərk etməsi haqqında qərarı mayın sonunda elan edib. Belə addıma səbəb Britaniya parlamenti vasitəsilə Brexit-in şərtləri barədə Avropa Birliyi ilə razılığın əldə edilməməsi olub.

Qeyd edək ki, siyasətçi öz postunu iyulun 2016-dan tutub. T.Mey Mühafizəkar Partiyasına 1061 gün müddətində liderlik edib.