Xəstəxanalıq olan prodüserin vəsiyyəti açıqlandı


Digərləri 07 İyn 2019 07:48:00 196 0

Xəstəxanalıq olan prodüserin vəsiyyəti açıqlandı

Kimyəvi maddədən zəhərlənərək xəstəxanalıq olan Rusiyanın məşhur prodüseri Bari Alibasov yeni vəsiyyətnamə yazıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, prodüserin vəsiyyətini jurnalistlərə onun piar direktoru Vadim Qorojankin açıqlayıb.

Sənədə əsasən, B. Alibasovun Moskvadakı 9 otaqlı mənzili kiçik oğlu Bari Alibasova, Moskva ətrafındakı bağ evi və 2 milyon ABŞ dollarına yaxın dəyəri olan qiymətli kağızlar isə həyat yoldaşı Lidiya Fedoseyeva-Şukşinaya çatacaq. "Na-Na" qrupunun hüququ sahibləri isə onun üzvləri Vladimir Politov və Vyaçeslav Jerebkin olacaq.

Qeyd edək ki, B. Alibasov hazırda Sklifosovski adına Elmi Tədqiqat İnstitutunda müalicəsini davam etidir.